COP29

"Qarabağ” çox güclüdür, onları televizordan izləmək çox maraqlı olacaq"

24 İyul 01:20 Qarabağ 5 491
"Qarabağ” çox güclüdür, onları televizordan izləmək çox maraqlı olacaq"

"Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunissi sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun formasını geyinmiş norveçli bu komandanın Çempionlar Liqasındakı şanslarından bəhs edib.

Aktiv futbolçu karyerasını bu yay başa vuran Elyunissi Azərbaycan çempionunun ÇL-in qrupuna düşəcəyinə inandığını deyib:

"Qarabağ" "Linkoln"la görüşlərin favoritidir. Sabiq komandam çox güclüdür. Məncə, onlar təsnifat mərhələlərini uğurla keçəcəklər.

Təbii ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşə bilər. Bu komanda son mövsüm Avropa Liqasında çox yaxşı performans göstərdi.

Əla və çox güclü təsir bağışladı. Məncə, "Qarabağ"ın avrokuboklarda ildən-ilə təcrübəsi də artır.

Yenidən Çempionlar Liqasının qrup mərhələsində iştirakları realdır. “Qarabağ” çox güclü komandadır.

Onlara uğurlar arzulayıram. "Qarabağ"ı ÇL-in qrupunda görmək və onları televizordan izləmək çox maraqlı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?