Qış fasiləsindən bəri “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romaonu sıralarına qatmaq istəyən “Ferentsvaroş”un arzusu gözündə qalıb.
Sportinfo.az ulloi129.hu saytına istinadla xəbər verir ki, Macarıstan çempionu mayda ikinci dəfə portuqaliyalı legionerə görə "köhlən atlar”a təklif göndərib.
Tərəflər danışıqlar masası arxasına oturub və razılaşmağa çox yaxın olub. Lakin o zaman da transfer həyata keçirilməyib.
Yay transfer dönəmində isə Budapeşt təmsilçisi yenidən Romao üçün hərəkətə keçib. Onlar bu dəfə 26 yaşlı futbolçuya görə Ağdam təmsilçisinə 1 milyon avroluq müqavilə təklif edib.
Bu məbləğ “Qarabağ” tərəfindən rədd edilib və o vaxtdan bəri tərəflər arasında heç bir əlaqə olmayıb.
2022-ci ildən “köhlən atlar”ın şərəfini qoruyan yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.