COP29

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - CANLI YAYIM

23 İyul 21:54 Qarabağ 787
“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - CANLI YAYIM

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” yeni mövsümdə ilk rəsmi matçına çıxıb.

Ağdam klubu Cəbəllütariqdə “Linkoln”un qonağı olub və 2:0 hesablı qələbə qazanıb.

Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

"Linkoln" "Qarabağ"a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə).

23 iyul

20:00. "Linkoln" Cəbəllütariq – "Qarabağ" 0:2

Qollar: Juninyo, 45+2, Toral Bayramov, 75
Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa Point Stadium”

"Linkoln": 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent.
Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas.
Baş məşqçi: Xavyer Munyos.

"Qarabağ": 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo.
Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti