"Avstriyadakı hazırlıq oyunlarına rəsmi matç kimi yanaşırdıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.
Kolumbiyalı 31 yaşlı arxa xətt oyunçusu Tirtol bölgəsində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutmuş sınaq matçlarını şərh edib:
“Səviyyəmizi yaxşılaşdırmağımız üçün sınaq matçlarının önəmi böyükdür. Məşqçilər korpusunun planları əsasında şübhə etmirəm ki, rəsmi oyunlarda daha yaxşı durumda olacağıq.
Çempionlar Liqasında daha yaxşı performans göstərəcyimizə inanıram. Sona qədər mübarizəmizi davam etdirəcəyik”.
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" iki yoxlama oyunu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əvvəlcə Xorvatiya yüksək liqa təmsilçisi “Slaven"lə qarşılaşıb.
Bu matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yegnə qolu isə Musa Qurbanlı vurub.
Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Birləşmiş Ərəb Əmirliyinin “Şabab Əl-Əhli" klubuna qarşı matçla yekunlaşdırıb.
Oyun "Qarabağ"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Abdullah Zubir matçda heçt-trik edib. "Qarabağ"ın digər qollarını isə Yassin Benzia və Leandro Andrade vurub.
"Qarabağ" toplanış çərçivəsində Almaniyadan “Kayzerslautern”una (1:3) uduzub və Çexiya “Viktoriya”sına (2:1) qalib gəlib.