"Şahruddində sanki qapıçılığın ikiləşməsi olur".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Şahruddin Məhəmmədəliyevin “Qaarabağ”a dönüşündən danışıb.
Tanınmış teleşərhçi “Adana Demirspor” karyerası 10 aydan sürən və keçmiş klubuna qayıdan qapıçının həm üstün ,həm də zəif cəhətlərini sadalayıb.
Bildirib ki, “Şah”ın ən böyük problemi sabit çıxış etməməsidir
: “Bəzən çox möhtəşəm, bəzən də çox bərbad təsir bağışlayır. Problem adamın özündədir.
İndi heç kim onu gözləyəsi deyil. Qapıçı mina axtaran kimi bir adamdır.
Bir səhvi “Qarabağ”a mərhələdən kənarda qalmaq bahasına başa gələ bilər”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: