COP29

“Qarabağ”dan hay-hayla gedib, vay-vayla geri qayıdanlar - SİYAHI

23 İyul 17:00 Qarabağ 2 054
“Qarabağ”dan hay-hayla gedib, vay-vayla geri qayıdanlar - SİYAHI

Ötən yay böyük həvəslə xarici klublara yola saldığımız Musa Qubanlı ilə Şahruddin Məhəmmədəliyev yenidən “köhlən atlar”ın uğurları üçün tər tökəcəklər.

Kadi Borgesin keçidi alınsaydı, bu say 3-ə yüksələcəkdi.

Hələ Mahir Emreli mövzusu da tam qapanmayıb.

Fikir vermisinizsə, “Qarabağ”dan daha çox pula, yaxud çempionatın səviyyəsinə görə ayrılan futbolçuların böyük əksəriyyəti çox keçmədən peşman olur və əvvəlki komandasına qayıtmaq üçün alışıb-yanır.

İbrahima Vadji, İbrahim Şehiç, Dino Ndlovu, Pedro Enrike kimilərin timsalında istisnalar var. “Qarabağ”dan sonra çıxış etdikləri komandalarda ümidləri doğrultmağı bacarıblar.

Bəs, digərləri?

Daha çox qazanmaq arzusu ilə alışıb-yanan Reynaldonun uğursuz Türkiyə və Qazaxıstan karyerasından sonra Azərbaycana qayıtdığını yəqin ki, xatırlayırsınız.

Həmyerlisi Riçard Almeyda da onun kimi. “Astana”nın başgicəlləndirən maaş təklifinə gedib, oradan Birləşmiş Ərəb Əmirliklərinə yollanan millimizin sabiq üzvü üzüsulu “Qarabağ”a qayıtmışdı.

Muarem Muaremi də unutmaq olmaz. “Eskişehirspor”un heyətində Super Liqada xarüqələr yaratmaq arzusunun arxasınca gedən makedoniyalı 6 aydan sonra “Qarabağ”ın qapısını döymüşdü.

Bir də Vild-Donald Geryeni yada salaq. Karyerasının bəlkə də ən parlaq dövrünü keçirdiyi “Qarabağ”ı pulla şantaj edən, istəyinə çata bilmədiyini görüncə komandanı tərk edən Haiti millisinin o vaxtkı üzvü “Neftçi”də bir mövsüm keçirib, yenidən ağdamlıların sıralarına qayıtmışdı.

Patrik Andrade də həmin siyahıdadır. Ağdam təmsilçisinin heyətində parlaq mövsüm keçirəndən sonra menecerin şirin “Partizan” vədinə “yox” deyə bilməmişdi. Cəmi 1 illik Serbiya macərasından sonra “Qarabağ”a qayıtmışdı.

Əvvəldə qeyd etdiyim kimi, Azərbaycandan ayrılandan sonra eyni xətt üzrə davam edənlər də olub. Lakin onların sayı ən yaxşı halda bir əlin barmaqları qədərdir.

Sözsüz, pul qazanmaq yaxşıdır, amma sədaqət hissini unutmadan. “Qarabağ”ın heyətində məşhurlaşan, daha çox qazanmağa başlayan bəzi futbolçular bir az artıq maaş eşidən kimi heç kimə qulaq asmadan, heç nəyə baxmadan qaçırlar.

Cəmi 1 il keçməmiş yalvara-yalvara geri qayıdırlar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?