COP29

"Qarabağ"ı yaxşı təhlil etmişik, çalışacağıq onlara mane olaq” - "Linkoln"lu müdafiəçi

23 İyul 16:40 Qarabağ 398
"Qarabağ"ı yaxşı təhlil etmişik, çalışacağıq onlara mane olaq” - "Linkoln"lu müdafiəçi

"Qarabağ" işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır".

Sportinfo.az xəbər verir ki, bunu "Linkoln"гn (Cəbəllütari) futbolçusu Co Martines klubun rəsmi saytına açıqlamasında deyib.

"Qarabağ"ın Çempionlar Liqasnın II təsnifat mərhələsindəki rəqibi olan "qırmızı-qaralar"ın müdafiəçisi Ağdam təmsilçisini yaxşı tanıdıqlarını deyib:

“Qarabağ” yaxşı tanıdığımız komandadır. Ötən mövsüm təsnifat mərhələsində bu komanda ilə üz-üzə gəlmişdik.

"Qarabağ" işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır. Onlar görüş ərzində topa daha çox nəzarət etmək və oyunu ələ almağa çalışacaqlar.

Çalışacağıq ki, bütün bunlara mane olaq. "Qarabağ"ı yaxşı təhlil etmişik. Matça çox yaxşı hazırlaşmışıq. İnanırıq ki, nəticə istədiyimiz kimi olacaq".

"Linkoln" və "Qarabağ" arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu bu gün, saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?