COP29

“Qarabağ”ın əlindəki qələm

23 İyul 16:00 Qarabağ 561
“Qarabağ”ın əlindəki qələm

Bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq “Qarabağ”ın əlinə 7 ildən sonra əla fürsət düşüb.

Avropanın bir nömrəli klub turnirindəki təmsilçimizin ÇL-ə ikinci mərhələdən başlaması əla fürsətdir.

Və bu mərhələdə rəqibin Cəbəllütariq “Linkoln”u olması bir başqa üstünlükdür.

“Köhlən atlar” bu dueldən üzüağ çıxmaqla növbəti mərhələdə “Ludoqorets” – “Dinamo” (Minsk) komandalarından biri ilə qarşılacaq.

“Qarabağ”ın oturuşmuş heyətini, futbolçuların səviyyəsini və təcrübəsini, ötən mövsüm avrokuboklarda göstərdiyi nəticələri nəzərə alsaq, Bolqarıstan və Belarus komandalarını (hamsı ilə oynasa) da meydana çıxmağa peşman etməlidir.

Bu, baş verəcəyi halda, Çempionlar Liqasının pley-off qarşılaşmalarına şahidlik edəcəyik. Həlledici məqamda rəqibin adı böyük önəm daşıyır, bu, öz yerində.

Lakin ən önəmlisi ora qədər gedib çıxmaq, ÇL-in havasını Azərbaycana gətirməkdir. Bir qədər istəkli və bir o qədər də diqqətli olmaqla mübarizədən üzüağ çıxıb, xalqa futbol bayramı yaşatmaq olar.

Bu axşam gözlər “Europa Park Stadium”da olacaq. Uğurlu start sonrakı uğurların başlanğıcı olacaq. Bunun üçün “Linkoln”a səfərdə qalib gəlmək, davamını Bakıda gətirmək mütləqdir.

Qələm “Qarabağ”ın əlindədir, qalır “Çempionlar Liqasının qrupu” sözlərini asta-asta, ehtiyatla, səbrlə yazmaq.

Uğur olsun!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?