Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün səfərdə “Linkoln” ilə qarşılaşacaq “Qarabağ” Cəbəllütariqdə dəstəksiz qalmayacaq.
Sportinfo.az xəbər verir ki, Cəbəllütariqdə bu matça maraq o qədər də yüksək deyil.
Ümumilikdə stadiona 700-ə yaxın azarkeşin gəlməsi gözlənilir. Azərbaycandan isə maksimum 30 nəfər iştirak edəcək.
“Linkoln” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.