COP29

"Qarabağ"ın mərhələ adlayacağına əminəm, amma..."

23 İyul 14:00 Qarabağ 1 873
"Qarabağ"ın mərhələ adlayacağına əminəm, amma..."

"Qarabağ"ın veteran futbolçusu Aslan Kərimov Sportinfo.az-a açıqlama verib.

Futbol mütəxəssisi sabiq komandasının bu gün axşam Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında qarşılaşacağı Cəbəllütariq təmsilçisi "Linkoln"la görüşünü şərh edib:

"Açığı, indiki məqamda nəsə demək çətindir. Çünki komandaların real durumundan çox da xəbərim yoxdur.

Düzdür, yoxlama oyunları olub. Lakin həmin matçlara görə də nəsə demək çətindir. Çünki heyətlər tez-tez dəyişir. Müxtəlif gedişlər görürük. Sadəcə ümumi olaraq baxış keçirə bilərəm.

İkinci dəfə bu rəqiblə üz-üzə gələcəyik. "Linkoln" ötən dəfə gözlədiyimizdən yaxşı çıxış etmişdi.

Hətta "Qarabağ"la ilk matçda hesabda önə keçmişdilər. Bu da ona əsas verir ki, azarkeşlər bizim üçün çətin olacağını fikirləşsin".

Kərimov indiki "Qarabağ"ı daha güclü adlandırıb və mərhələni adlayacaqlarına əminliyini dilə gətirib:

"Amma indiki "Qarabağ" daha güclü görsənir. Komandamızın mərhələ keçəcəyinə əminəm.

Ancaq bunun asanlıqla baş tutacağını deyə bilmərəm. Səfər oyununda böyük hesablı qələbə olmasa da qələbə olacaq.

Digər tərəfədən, mövsümün əvvəlidir. Kollektiv toplanışdan yeni qayıdıb. İlk matçda bu da müəyyən çətinlik yarana bilər.

Ümumilikdə, ilkin mərhələlər çətin keçir. Bu kimi şeylərə hazır olmaq lazımdır".

"Linkoln" - "Qarabağ" oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda olacaq.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti