Şahruddin Məhəmmədəliyev karyerasını yenidən “Qarabağ”da davam etdirəcək.
Amin Ramazanovun uzun müddətlik sıradan çıxmasından sonra ağdamlıları “çərçivə”dəki boşluğu məhz milli üzvünün sayəsində doldurmağa çalışdı.
Lakin bu transfer azarkeşlər tərəfindən heç də xoş qarşılanmadı. Səbəbi Şahruddinin “Qarabağ” formasında meydana çıxdığı vacib turnirlərdə və önəmli oyunlarda yol verdiyi kobud səhvlərdir.
Fanatlar bu qapıçının inanılmaz səhvlərini bu günə qədər unutmayıblar deyə, şans qazanacağı halda yeni eyni nöqsanları təkrarlayacağından ehtiyatlanırlar.
Sosial şəbəkə istifadəçilərindən birinin hazırladığı videodakı göüntülərdə Məhəmmədəliyevin özünü sevdirə bilməməsinin səbəbi açıq-aydın görünür.
30 yaşlı qapıçı 2015-2023-cü illər aralığında “köhlən atlar”ın heyətində meydana çxıdığı 131 qarşılaşmanın 66-da qapısının toxunulmazlığını qoruyub, 92 dəfə topu tordan çıxarıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: