“Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq.
Təmsilçimiz bu matçda azarkeş dəstəyindən məhrum olacaq.
Daha doğrusu, səfər qarşılaşmalarında görməyə alışdığı fanat orudusu bu dəfə “Europa Sports Park” stadionunda görünməyəcək.
Cəbəllütariqə viza almaq müəyyən vaxt və xüsusi şərtlər tələb etdiyindən, Avropada yaşayan soydaşlarımızın heç də hamısı sözügedən ölkəyə yollanana bilməyəcək.
Belə ki, Cəbəllütariqə daxil olmaq üçün Şengen vizası yetərli deyil. Eyni zamanda, UK vizasına da sahib olmaq mütləqdir. Bu isə bir qədər çətin başa gələn prosesdir.
Oyun günü qonaqlar üçün ayrılmış tribunada ən yaxşı halda 15-20 nəfər “Qarabağ”lının öz yerini tutacağı gözlənilir. Bəlkə də daha az.
İyulun 23-də “Eyropa Sports Park” stadionunda baş tutacaq “Linkoln” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ