COP29

Qurban Qurbanovdan açıqlama: “Yeni oyunçular istəyirik”

22 İyul 01:20 Qarabağ 812
Qurban Qurbanovdan açıqlama: “Yeni oyunçular istəyirik”

"Şahruddin düşərgəmizə bir az gec gəldi, buna baxmayaraq, hazırlığı pis deyil”.

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə deyib.

O, Şahruddin Məhəmmədəliyevin Ağdam klubuna qayıdışına və hazırkı durumuna münasibət bildirib:

"Formasından razıyam. Amma oyunçularla bir müddət bir yerdə olmalıdır ki, özünü tam hazır hiss etsin. Ümumilikdə, hazırkı durumundan razıyam".

Qurbanov yeni transferlərlə bağlı danışıqların getdiyini də deyib:

"Oyunlara hazırlaşmaqla bərabər transfer mövzusunda da danışıqlar aparırıq. Hücum xəttinə yeni oyunçular istəyirik. Müdafiə xətti üçün də futbolçuları izləyirik”.

Ötən mövsümdə Türkiyənin "Adana Demirspor” klubunun formasını geyinən Şahruddin "Qarabağ”la 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?