"Qəbələ"nin yetirməsi İbrahim Ramazanovun karyerasını harada davam etdirəcəyi dəqiqləşib.
İstedadlı mərkəz müdafiəçisi yeni mövsümə "Sabah"da başlayacaq.
Tərəflər arasında bütün detallarda razılıq əldə olunub.
Ramazanov yay təlim-məşq toplanışını "Qarabağ"da keçirsə də, sonda onunla müqavilə imzalanması məqsədə uyğun hesab edilmədi.
Əsas səbəb isə Ağdam təmsilçisində olan böyük rəqabətdir.
Baş məşqçi Qurban Qurbanov bir neçə Premyer Liqa klubunun onu istədiyini nəzərə alaraq, daha çox forma şansı qazanacağı yerə getməsinə şərait yaradıb.
Arxa xətt oyunçusunun xidmətində "Sabah"la bərabər "Şamaxı" da maraqlı idi.
Lakin İbrahim sonda qərarını "tələbələr"in xeyrinə edib.
19 yaşlı gənc futbolçu "Qəbələ"nin yetirməsidir.
Gənclər millimizin üzvü arxada qoyduğumuz mövsüm əsas komandada debüt edib.
2023/24 mövsümünün son 4 matçında 90 dəqiqə meydanda olub.
XANOĞLAN / SPORTİNFO.AZ