Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq “Qarabağ”ın Cəbəllütariq planı məlum olub.
Səfər oyunlarına iki gün öncə yollanan ağdamlılar bu dəfə fərqli addım atıb.
“Köhlən atlar”ı səfərə daşıyacaq çarter reysli təyyarə matçdan bir gün əvvəl – iyulun 22-də 11.30-da havaya qalxacaq və 6 saat yarımlıq uçuşdan sonra Bakı vaxtı ilə 18.00 radələrində ünvana çatacaq.
“Eliot” otelində məskunlaşacaq komanda üzvləri Bakı vaxtı ilə saat 21.30-da oyunöncəsi son məşqə çıxacaq.
Bir nömrəli klub turnirindəki yeganə təmsilçimiz qarşılaşmadan dərhal sonra Bakıya qayıdacaq.
İyulun 23-də “Eyropa Sports Park” stadionunda baş tutacaq “Linkoln” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ