COP29

“Neçə vaxtdır söyməyə adam tapmırdıq"

19 İyul 21:20 Qarabağ 4 359
“Neçə vaxtdır söyməyə adam tapmırdıq"

“Adana Demirspor”dan ayrılan Şahruddin Məhəmmədəliyev karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Millimizin də şərəfini qoruyan 30 yaşlı qapıçı “Qarabağ”la 1 illik müqavilə bağladı.

Hələ onunla sözləşmə imzalanmamışdan əvvəl “Qarabağ” azarkeşləri daş atıb, başlarını tuturdular ki, Şahruddin qayıtmasın.

Lakin Amin Ramazanovun uzun müddətə sıradan çıxmasından sonra “köhlən atlar” yerli statuslu futbolçunun keçidinə razılıq verdi.

Transfer xəbəri açıqlanandan sonra “Qarabağ”ın sosial media səhifələrindəki etiraz dalğası səngimək bilmir. Fanatlar müxtəlif formada Məhəmmədəliyevin dönüşünü pisləyir, futbolçunu məsxərəyə qoyurlar.

Şərhlərin bir qismini təqdim edirik:

“Sizə tam olaraq neçə milyon ziyan dəyməlidir ki, Şahruddinin bu komandaya uyğun olmadığını başa düşəsiniz?”

“Əfsanə geri qayıtdı”.

“Bu mövsüm də belə getdi”.

“Düşmənə güvən, dosta qorxu verən transfer”.

“Neçə vaxtdır söyməyə adam tapmırdıq”.

“Yenə başlayaq valerian almağa?”

“Bunu gətirməkdənsə qapıçısız oynayardınız”.

“Sağ olsun, bizə 1 il istirahət verdi ki, əsəblərimiz sakitləşsin və yenidən qayıtsın”.

“Buna görə neçə turnirdən kənarda qaldıq, neçə-neçə oyunları uduzduq, yenə qaytardılar əsəblərimizi korlamağa”.

“Kluba vurduğu 7 illik ziyan bəs etməmişdi məgər, yenə gətirdiniz? Klub belə idarə olunmamalıdır”.

“Bunun səhvlərindən komanda uğursuzluq yaşasa, “Qarabağ” azarkeşliyindən imtina edəcəyəm. Və mənim kimi minlərlə insan”.

“Güclə canımızı qurtarmışdıq səndən. Yenə qayıtdın, ay vecsiz?”

Maraq üçün bildirək ki, bu, ağdamlıların mövsümlərarası fasilə dönəmində üçüncü qapıçı transferi olub. Şahruddinə qədər Fabiyan Buntiç və Sadiq Məmmədzadə ilə müqavilə bağlanmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti