COP29

Özünü "Qarabağ" və "Sabah"a təklif etdi, "Neftçi" 100 min artıq pul verincə… SİRR AÇILDI

19 İyul 15:00 Qarabağ 7 601
Özünü "Qarabağ" və "Sabah"a təklif etdi, "Neftçi" 100 min artıq pul verincə… SİRR AÇILDI

Ramil Şeydayevin «Neftçi»yə transferi bugünlərdə baş tutdu.

Hücumçu «ağ-qaralar»la 3 illik müqavilə bağladı.

Azərbaycandan gələn təklif üzərinə Türkiyədən ayrılan 28 yaşlı oyunçu 2027-ci ilin yayınadək bakılıların formasını geyinəcək.

Bu ilin əvvəlində «Burinam Yunayted»i (Tailand) «Kocaelispor»a dəyişən, qardaş ölkədə özünü göstərə bilməyən forvardla bağlı yeni faktlar üzə çıxıb.

Məsələn, bizə məlum olub ki, yığmanın üzvü daha əvvəl meneceri vasitəsilə «Qarabağ» və «Sabah»a öz xidmətini təklif edib.

O. vaxtilə uğurları üçün tər tökdüyü keçmiş klublarından 450 min dollar istəyib.

Bu arada «Neftçi» dövriyəyə girib. «Ağ-qaralar»ın ona arzuladığından daha 100 min dollar artıq təklif etməsini görən Ramil çox düşünmədən «gəlirəm» cavabı verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti