COP29

“Qarabağ” bu gün satışa çıxarır – Qiymətlərlə tanış olun

19 İyul 00:50 Qarabağ 1 685
“Qarabağ” bu gün satışa çıxarır – Qiymətlərlə tanış olun

Çempionlar Liqasının II təsnifat mərəhləsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri bu gün saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

“Qarabağ” – “Linkoln” oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?