COP29

Şahruddindən "Qarabağ"dakı həmkarına XÜSUSİ DİQQƏT - FOTO

18 İyul 23:20 Qarabağ 855
Şahruddindən "Qarabağ"dakı həmkarına XÜSUSİ DİQQƏT - FOTO

Ağır zədə alan "Qarabağ"ın qapıçısı Amil Ramazanova sabiq komanda yoldaşı Şahruddin Məhəmmədəliyev mənəvi dəstək nümayiş etdirib.

Son mövsümü "Adana Dəmirspor"da keçirən "Şah" kolleqasına görüntülü zəng edib.

O, Amilə Allahdan şəfa diləyib. Belə günlərdə möhkəm olmalı olduğunu bildirib.

Ramazanov Məhəmmədəliyevə həssa davranışına görə təşəkkür edib.

Məşq prosesində xəsarət alan gənclər millimizin üzvü sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb.

Ölkə xaricində əməliyyat olunan qolkiperin 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Maraq üçün bildirək ki, məhz Amilin sıradan çıxması "Qarabağ"ın məşqçilər korpusunun Şahruddini yenidən komandaya qaytarmaq qərarı verməsinə yol açıb.

Türkiyə təmsilçisindən ayrılan 30 yaşlı futbolçu bu gündən "köhlən atlar"a qoşulub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?