COP29

"Qarabağ"dan bir günə iki qələbə - YENİLƏNİB

16 İyul 21:10 Qarabağ 1 385
"Qarabağ"dan bir günə iki qələbə - YENİLƏNİB

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əvvəlcə Xorvatiya yüksək liqa təmsilçisi “Slaven"lə qarşılaşıb. Bu matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yegnə qolu isə Musa Qurbanlı vurub.

Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Səudiyyə Ərəbistanı Liqası təmsilçisi “Əl-Şabab”a qarşı matçla yekunlaşdırıb. Oyun "Qarabağ"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Abdullah Zubir matçda het-trik edib. "Qarabağ"ın digər qollarını isə Yassin Benzia və Leandro Andrade vurub.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində Almaniyanın “Kayzerslautern”una (1:3) uduzub və Çexiya “Viktoriya”sına (2:1) qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?