Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" daha iki yoxlama oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası hər iki sınağına bu gün çıxacaq.
İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab” klubuna (BƏƏ) qarşı matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə saat 19:00-da səslənəcək.
"Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivləri (2:1) ilə üz-üzə gəlib.