COP29

Qurban Qurbanova aid xəbərə REAKSİYA: "Bizə məlum deyil"

16 İyul 00:40 Qarabağ 1 161
Qurban Qurbanova aid xəbərə REAKSİYA: "Bizə məlum deyil"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb.

Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” dövlət nömrə nişanını bağışladığı vurğulanıb.

Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlama verib.

Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

“Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var”.

Digər Xəbərlər
Xəbər Lenti