COP29

"Viktoriya"nın məşçisi “Qarabağ”ı təriflədi, 2 il əvvəli xatırladı

14 İyul 22:05 Qarabağ 1 794
"Viktoriya"nın məşçisi “Qarabağ”ı təriflədi, 2 il əvvəli xatırladı

"Əsl futbol oynamaq istəyən iki komanda qarşılaşdı.

Hər ikisi yüksək pressinq etdi, tempi qorumağa çalışdı".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Viktoriya"nın (Çexiya) məşçisi Marek Bakoş Avstriyada "Qarabağ"a qarşı keçirilən və 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra bildirib.

Çexiyanın idnes.cz saytının yazdığına görə, 41 yaşlı slovakiyalı mütəxəssis bildirib ki, hər iki komandanın şansı olub:

"Bu, çox gözəl oyun idi. Düşünürəm ki, biz 20-ci dəqiqəyə qədər əla oyun göstərdik və qol imkanları yaratdıq.

Təəssüf ki, bundan istifadə edə bilmədik. Sonra “Qarabağ” təşəbbüsü öz əlinə aldı.

Və bu zaman göstərdi ki, ötən mövsüm Avropa Liqasının 1/8 finalına hansı oyun və keyfiyyət sayəsində yüksəlib.

“Qarabağ” güclü rəqibdir. Bu oyun bizim daha nəyin üzərində işləməli olduğumuzu öyrənmək üçün yaxşı sınaq idi.

Oyunun gedişatı zamanı bu komandaların iki il əvvəl Çempionlar Liqasının pley-off mərhələsindəki matçlarını da xatırladım.

Amma daha sonra komandaların bu gün necə görünəcəyinə diqqət yetirdim”.

Digər Xəbərlər
Xəbər Lenti