COP29

“Kadinin hara getməsinin bizim üçün heç bir fərqi yox idi”

14 İyul 00:40 Qarabağ 3 854
“Kadinin hara getməsinin bizim üçün heç bir fərqi yox idi”

Kadi Borgesin transfer söz-söhbəti dünən qapandı.

Futbolçu növbəti mövsüm “Ferentsvaroş”da forma geyəcək.

İndi əldə olan informasiya budu ki, “Krasnodar” onu “Qarabağ”a satmağı lazım bilməyib.

Halbuki ağdamlılar “öküzlər”ə Macarıstan çempionu ilə müqayisədə daha çox pul təklif etmişdi.

Başqa bir versiya da var: guya bu transferə mane olanlardan biri də Murad Musayevdi.

Sportinfo.az xəbər verir ki, “football-plus.az” bu məsələ ilə bağlı “Krasnodar”ın baş məşqçisinin fikirlərini öyrənməyi lazım bilib:

“Mənim haqqımda deyilənlər doğru deyil. Başa düşmürəm ki, niyə sual yaranır?!

Kadi “Ferentsvaroş”un oyunçusudur. Ona görə də haqqında danışa bilmərəm.

Klublar arasında danışıqların necə getdiyini deyə bilmərəm. “Krasnodar” üçün Kadinin gələcəkdə hansı klubda oynamağa davam etməsinin heç bir fərqi yox idi”.

Digər Xəbərlər
Xəbər Lenti