“Qarabağ” növbəti mövsümün hazırlıqlarını Avstriyada davam etdirir.
“Köhlən atlar” öncədən nəzərə tutulan plana uyğun olaraq iyulun 16-na qədər hazırlığını Tirol bölgəsində keçib, ertəsi vətənə qayıtmalıdır.
Lakin Çempionlar Liqasının ikinci mərhələsi çərçivəsində ilk oyunun səfərdə keçirilməsi sual yaradıb.
“Qarabağ” bir neçə günlük Bakıya qayıdacaq, yoxsa Cəbəllütariqlə Maltadan birinə birbaşa Avstriyadan yola düşəcək?
Baş məşqçi Qurban Qurbanov planda dəyişiklik etməyə gərək duymayıb. Bu isə o deməkdir ki, ağdamlılar iyulun 17-si axşam saatlarında Bakıda olacaq.
Bir neçə günlük istirahətdən və məşqlərdən sonra “Hamrun Spartans”, ya da “Linkoln”la görüş üçün səfərə yollanacaq.
“Qarabağ” Çempionlar Liqasında ilk oyununu iyulun 23-də bu iki komandadan birinə qarşı keçirəcək.
Komandalar arasında baş tutan ilk dueldə “Linkoln” səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.
HƏBİB / SPORTİNFO.AZ