“Bundan sonra neçə transfer edəcəyimizi dəqiq deyə bilmərəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib.
Ağdam klubu yay fasiləsini o qədər də aktiv keçirmir.
Çempionlar Liqasında mübarizə aparan “köhlən atlar” Musa Qurbanlını “Yurqorden”dən geri qaytarıb. Həmçinin “Vizela”dan (Portuqaliya) xorvatiyalı qapıçı Fabiyan Buntiçi transfer edib.
Asif Əsgərovun bildirdiyinə görə, komandaya neçə futbolçununun dəvət olunması Qurban Qurbanovun istəyinə bağlıdır:
“Baş məşqçimiz və köməkçiləri hazırda bu işlərlə məşğuldur. Onların verəcəyi qərarları gözləyirik.
Deyə bilmərəm ki, bundan sonra üç, yaxud dörd futbolçu götürəcəyik. Bundan az da ola bilər, çox da.
Hər şey maraq dairəmizdə olan futbolçularla danışıqların necə yekunlaşmasından asılıdır".