COP29

Qurban Qurbanov dörd futbolçunun transferində maraqlıdır

11 İyul 20:20 Qarabağ 7 621
Qurban Qurbanov dörd futbolçunun transferində maraqlıdır

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”da transferlərlə bağlı susqunluqdur.

Ağdamlılar mövsümlərarası fasilə dönəmində heyətini Fabiyan Buntiç və Musa Qurbanlı ilə gücləndirib. Lakin axtarışlar davam etməkdədir.

Baş məşqçi Qurban Qurbanov növbəti mövsüm üçün üç mövqeyə futbolçu axtarışına dair tapşırıq verib.

Luka Quqeşaşvilinin gedişindən sonra yeni qapıçı cəlb olunmalıdır. Həmin futbolçunun legioner olacağı sirr deyil. Ölkə xaricində namizəd kiperlərlə danışıqlar davam edir.

Mərkəz müdafiəçisi də prioritet məsələdir. Düzdür, komandada Kevin Medina, Bəhlul Mustafazadə, Bədavi Hüseynov kimi stopperlər var. Mateus Silva da məcburiyyətdən bu mövqedə çıxış edə bilir.

Uzun marafondakı mümkün itkiləri nəzərə alan Qurbanov mərkəz müdafiəçisinin transferində maraqlıdır. Maksim Medvedevin gedişindən sonra yaranmış boşluq doldurumalıdır.

Və ən vacib mövqe – yarımmüdafiənin sağ cinahı. Kadi Borgesin “Ferentsvaroş”u seçməsindən sonra çətin durumda qalan klub rəsmiləri B planını işə salıb. Axtarışlar sürətləndirilib ki, yaxın 2-3 həftə ərzində Leandro Andrade ilə Nəriman Axundzadənin şans qazandığı mövqe gücləndirilsin.

Yarımmüdafiənin sol cinahda futbolçu çoxluğu müşahidə olunsa da, Qurbanov Abdullah Zubirin oyun üslubunda çıxış edən gənc futbolçunun gəlişinə ikiəlli razılıq verməyə hazırdır.

Düzdür, digər mövqelər qədər tələskənlik yoxdur. Amma bu məsələni də diqqətdə saxlayırlar.

Qısası, axtarışlar qapı, müdafiənin mərkəzi, yarımmüdafiənin sol və sağ cinahları üçün aparılır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə