"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandasının Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olmasını xəbər vermişdik.
Çempion kollektiv ilk təbriki elə Tallində alıb.
Bunu Estoniya paytaxtında yaşayan həmyerlilərimiz edib.
Belə ki, uzun müddətdir Tallində yaşayan Elgün və Elvin qardaşları təqdirəlayiq addımla yadda qalıb.
Qardaşlar komandamızın şərəfinə sahibi olduqları "Armudu" restoranlar şəbəkəsində ziyafət təşkil ediblər.
Həmyerlilərimiz tədbirdə çempion olan komanda üzvlərinin ünvanına xoş sözlər səsləndirib və gələcək karyeralarında uğur arzulayıblar.
Sonda Ağdam təmsilçisinin nümayəndələri klubun atributlarını onlara hədiyyə edib.
XANOĞLAN / SPORTİNFO.AZ