COP29

"Qarabağ" Estoniyada çempion oldu

7 İyul 19:25 Qarabağ 1 102
"Qarabağ" Estoniyada çempion oldu

"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası "Tallinn Cup" turnirinin qalibi olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşad Sadiqovun yetirmələri Estoniyada keçirilən beynəlxalq turnirdəki son oyununda yerli “Trans Narva” ilə qarşılaşıb.

Ağdam təmsilçisi bu matçda 2:0 hesabı ilə qalib gəlib. Rəqib qapısına Sahib Əliyev və Fərhad Abbasov yol tapıb.

Turnirdə keçirdiyi 6 oyunun hamısında qələbə qazanan U-16 yarışın qalibi olub. Elşən Nəsirov ən yaxşı qapıçı, Əli İbrahim ən yaxşı oyunçu mükafatına layiq görülüb.

Turnirdə “Trans Narva” ikinci, “Olimp” üçüncü yeri tutub.

"Qarabağ" bunadək “Auda”nı (Latviya) 4:1, “Hasselbi”ni (İsveç) 4:0, “NF Academy”ni (Estoniya) 2:1, “Jarlaberqs”i 3:2, “Olimp”i (Estoniya) 4:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?