COP29

"Qarabağ"a görə izdiham yarandı, tədbir yarımçıq qaldı - FOTOLAR

5 İyul 00:40 Qarabağ 589
"Qarabağ"a görə izdiham yarandı, tədbir yarımçıq qaldı - FOTOLAR

"Qarabağ”ın Park Bulvar AVM-də yerləşən fan-şopunda futbolçularla birlikdə keçirilən imza mərasimi yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, tədbirdə Ağdam klubunun futbolçularından Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina iştirak edib.

Futbolçularla görüşə gözləniləndən daha çox azarkeş toplaşıb. 2 dəfə fasilələrlə futbolçular forma imzalasalar da, izdihamın qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən də tədbir yarımçıq dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti