COP29

Məşhur “Qarabağ”lının bacarmadığını tanınmış aktyor etdi - VİDEO

2 İyul 21:20 Qarabağ 2 006
Məşhur “Qarabağ”lının bacarmadığını tanınmış aktyor etdi - VİDEO

Futbolçu karyerasını başa vuran Maksim Medvedev “Atv” telekanalında qonaq olub.

“El canlı” verilişinin sevimli aparıcısı Elcan Rəsulov millimizin sabiq üzvünü proqrama dəvət edib.

Verilişin ən maraqlı səhnəsi studiyaya lövhə gətiriləndən sonra yaşanıb. Belə ki, lövhədə futbol topunun içindən keçə biləcək boyda üç dəlik formalaşdırılıb.

Maksimə üç zərbənin heç olmasa birində topu dəlikdən keçirmək təklif olunub. Sabiq “Qarabağ”lının bütün cəhdləri faydasız qalıb.

Medvedevin bacarmadığını daha çox aktyor fəaliyyəti ilə tanınan Elcan edib. O, ikinci cəhdində istəyinə çataraq hər kəsi təəccübləndirib.

HƏBİB / SPORTİNFO.AZ

Maraqlı anların görüntülərini təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO