COP29

“Qarabağ”lı qonaq getdiyi yerdə nəcib addım atdı: “Onun xərclərini özüm qarşılayaram”

30 İyun 23:45 Qarabağ 2 713
“Qarabağ”lı qonaq getdiyi yerdə nəcib addım atdı: “Onun xərclərini özüm qarşılayaram”

“Atv” telekanalında yayımlanan “El canlı” verilişində aparıcı Elcan Rəsulovun növbəti futbolçu qonağı Maksim Medvedev olub.

“Qarabağ”ın sabiq kapitanı yarı zarafat, yarı gerçək sualları cavablandırıb, bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Elcanın suallarından biri Medvedevin bundan sonra futbolun hansı qolunda çalışacağı ilə bağlı olub. Maksim “Qarabağ”ın əsas komandası ilə yolların ayrıldığını deyərək böyük ehtimalla akademiyada çalışacağını bildirib.

Həmin an aparıcı ona “akademiyada çalışsanız və mən kasıb uşaq gətirsəm, ona pulsuz məşq keçərsinizmi” sualını ünvanlayıb.

Maksim verdiyi cavabla studiyadakıların alqışını qazanıb:

“Heç bir problem yoxdur. Elə bir uşaq varsa gətirin, xərclərini özüm qarşılayaram”.

Maksim Medvedev 2006-2024-cü illər aralığında 552 matçda “Qarabağ”ın formasını geyinməklə bu komandanın heyətində ən çox oyun keçirən futbolçuların siyahısına başçılıq edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?