COP29

Nəhayət, uzun sürən danışıqlardan sonra… "Qarabağ"la 3 illik müqavilə imzaladı

29 İyun 20:20 Qarabağ 4 271
Nəhayət, uzun sürən danışıqlardan sonra… "Qarabağ"la 3 illik müqavilə imzaladı

"Qarabağ" müqaviləsi bir neçə gündən sonra başa çatacaq Abdullah Zubirlə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib.

Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

"Qarabağ" bunadək Fabian Buntiçi və Musa Qurbanlını transfer edib, Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə müqaviləni uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?