COP29

Bunu da bildik - “Qarabağ”ın belə bir transfer istəyi varmı?

29 İyun 11:40 Qarabağ 3 747
Bunu da bildik - “Qarabağ”ın belə bir transfer istəyi varmı?

Xorvatiya mediası “Dinamo”da çıxış edən Mahir Emreli ilə əlaqəli növbəti iddia irəli sürüb.

Yerli həmkarlarımız onun “Qarabağ”a qayıda biləcəyini yazır.

Xəbərə görə, Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün Zaqreb təmsilçisinə təklif göndərib.

“Germanijak”ın məlumatında deyilir:

“Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. “Qarabağ”ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik”.

Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

2022-ci ilin əvvəlində “Legiya“dan bura gələn forvardın 2015-2021-ci illər aralığında formasını geyindiyi “Qarabağ“a dönüşü realdırmı?

Araşdırdıq və bizə məlum oldu ki, “köhlən atlar“ ona görə zaqreblilərə rəsmi müraciət etməyib.

Ümumiyyətlə, baş məşqçi Qurban Qurbanov bu variant barədə klubda heç kimlə söhbət etməyib. Təcrübəli mütəxəssisin Mahirin “m“sını belə, dilinə gətirməyib.

27 yaşlı hücumçuya maraq “Zirə“dəndir. Avropa Liqasında qüvvəsini sınayacaq “qartallar“ Emrelini icarəyə götürməyə hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?