COP29

“Qarabağ”lı finksioner: “Qarşımıza məqsəd qoymuşuq ki, növbəti 3 ildə...”

28 İyun 21:00 Qarabağ 1 565
“Qarabağ”lı finksioner: “Qarşımıza məqsəd qoymuşuq ki, növbəti 3 ildə...”

“Onu deyim ki, akademiyada inkişaf əldə etmək üçün davamlı və fasiləsiz çalışmaq lazımdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

Ağdam klubunun futbol akademiyası uğurlu mövsüm keçirib. “Köhlən atlar”ın 13, 14 və 15 yaşlılardan ibarət komandası ölkə çempionu olub.

Tanınmış funksioner arxada qalan 1 ili qiymətləndirib:

“Peşəkar klubla akademiyanın fərqlərindən biri də odur ki, burada bir yox, bir neçə komandadır. Fərqli yaş qruplarıdır.

Hər birinin fərqli yanaşması var. Məşqçilərlə münasibət də aşağıda başqa cürdür.

İstəyimiz futbolumuzun ən yaralı yeri olan uşaq futboluna fayda vermək, inkişaf etdirmək, "Qarabağ" və milli komandaya yeni adlar qazandıra bilməkdir.

Təbii ki, problemlər var və olacaq da. Lakin son 1 ildə fərqi hiss edirəm. Fərqin olması xoşdur. Amma onun davamını gətirmək lazımdır.

Dayanmadan çalışmalıyıq. Oyunumuzu yaxşılaşdırmalıyıq, uşaqların ustalıqlarını artırmalıyıq.

Ən böyük problemlərdən biri odur ki, ustalıqlarını gec yaşlarında artırmağa başlayırlar. Aşağıdan bu işə başlamaq mütləqdir.

Qarşımıza məqsəd qoymuşuq ki, qarşıdakı 3 ildə fərqin hiss olunacağı dərəcədə işlər görə bilək.

Məşqçilər, futbolçular, rəhbərlik və futbol ictimaiyyəti bunu hiss etməlidir. İşimizin hələ başlanğıcındayıq”.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək