COP29

”Qarabağ”da hamını maraqlandıran sual - Bu hadisə Juninyonun oyununa necə təsir edəcək?

27 İyun 23:00 Qarabağ 6 760
”Qarabağ”da hamını maraqlandıran sual - Bu hadisə Juninyonun oyununa necə təsir edəcək?

“Qarabağ”ın hücumçusu bu günlərdə dünyanın ən xoşbəxt adamıdır.

Olavio Juninyo xeyli vaxtdır arzusunda olduğu atalıq sevincinə qovuşub.

Braziliyalı hücumçunun bloger xanımı şəxsi “instagram” səhifəsində yeni doğulmuş övladı və həyat yoldaşı ilə birlikdə şəklini paylaşaraq bu sözləri yazıb:

“Sən bizim ən yaxşı yerimiz – evimiz, dünyamız, torpağımızsan. Müqəddəs Bibliyada yaxşı ifadə var: “Allahın iradəsi yaxşı, kamil və xoşdur”.

Bütün qızılgüllər deyil, amma qoxulayanda ətri xoş gəlir. Biz səni sevirik, qızım.

Xoşbəxtəm ki, Allah sənin üçün ən yaxşı atanı, mənim üçün ən yaxşı əri seçdi. Ailəmiz Rəbbimizin nemətidir”.

Juninyonun cavabı belə olub: “Bundan sonra işim çox olacaq. O qədər şirinsən ki, qızım”.

Ümid edək ki, körpənin dünyaya gəlişi “18 nömrə”nin oyununa mənfi yox, müsbət mənada öz təsirini göstərəcək. Juninyo bir çox həmyerlilərindən fərqli olaraq əzmkar və iradəli futbolçu kimi ad çıxarıb.

“Qarabağ”ın forvardı ötən mövsüm bütün yarışlarda forma geyindiyi 55 matçda 31 qol, 11 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək