COP29

"Qarabağ"dan getmək üçün bunu etdi - Ərəblərin pulu gənc istedadı özünə çəkir

27 İyun 10:40 Qarabağ 10 107
"Qarabağ"dan getmək üçün bunu etdi - Ərəblərin pulu gənc istedadı özünə çəkir

Gənclər yığmasının hücumçusu Nəriman Axundzadə «Qarabağ»dan ayrılmaq fikrindədir.

Musa Qurbanlının «Yurqorden»dən dönüşündən sonra oynamaq şansının azaldığını düşünən 21 yaşlı gənc menecerlər vasitəsilə bir neçə klubə xarici klubla əlaqə yaradıb.

«Köhlən atlar»dan 13 min manat maaş alan forvard bundan da narazıdır. O, həm oynamaq, həm də daha çox gəlir əldə etmək üçün hətta ərəb ölkələrindən birinə getməyə razıdır.

Hər halda agentlərin onun üçün danışıqlar apardıqları xarici komandalar arasında Türkiyə və Polşa ilə yanaşı, Qətərlə Səudiyyə Ərəbistanının birinci liqa təmsilçiləri də var.

Nərimanın «Qarabağ»la bundan sonra 3 illik kontraktı qüvvədədir. Böyük ehtimalla, Azərbaycan çempionu onunla birdəfəlik üzlüşməyəcək.

«Xəzər Lənkəran»ın yetirməsi israr edərsə, icarəyə verilməsinə razılaşa bilərlər. Yenə də axır söz Axundzadənin deyil, baş məşqçi Qurban Qurbanovundur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək