COP29

"Qarabağ"dan daha bir çempionluq - FOTOREPORTAJ

27 İyun 08:40 Qarabağ 265
"Qarabağ"dan daha bir çempionluq - FOTOREPORTAJ

AFFA U-14 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzində üçüncü yer uğrunda oyun, “ASCO Arena”da isə final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 2:1 hesablı qələbə qazanan Qəbələ komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Sabah” və “Qarabağ” üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.

Bu mövsüm "Qarabağ"ın əsas, U-13 və U-15 komandaları da çempion olub.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 36 qol vuran “Şirvansaray”ın oyunçusu Qabil Kərimli ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

“Qarabağ”ın üzvü Daniil Rəcəbov isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək