COP29

“Qarabağ”ın bahalı legionerlərinin avtomobilləri - SİYAHI

27 İyun 20:00 Qarabağ 4 651
“Qarabağ”ın bahalı legionerlərinin avtomobilləri - SİYAHI

Texnologiyanın işıq sürəti ilə inkişaf etdiyi dövrdə avtomobillər gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib.

İmkanı zəif olanlar aşağı seqmentli maşınlara üz tutursa, vəzifəlilər, iş adamları, idmançılar, şou biznes nümayəndələri lüks avtomobillərlə gündəmə gəlir.

Yəqin ki, “Qarabağ”ın heyətindəki legionerlərin Bakı küçələrində hansı markalı avtomobillərdə şütüməsi hər biriniz üçün maraqlıdır.

Yay fasiləsində futboldan bir qədər uzaq düşərək fikrinizi yaşıl meydandan kənarda dağıtmaq üçün “Qarabağ”dakı əcnəbilərin sürdüyü maşınların marka və modellərini təqdim edirik.

Olavio Juninyo – Changan, UNİ-K

Abdulla Zubir - Hyundai, Santa Fe

Mateus Silva – Hyundai, ix35

Yassin Benzia – KİA, Sorento

Redon Cica – KİA, Sportage

Kevin Medina – Bestune, T99

Riçard Almeyda – Bestune, T99

Julio Romao – KİA, Sportage

Luka Quqeşaşvili - Hyundai, Elantra

Marko Yankoviç – KİA, Sportage

Patrik Andrade – Range Rover, Sport

Marko Veşoviç – Hyundai, ix35

Maraq üçün bildirək ki, maşınların heç də hamısı özlərinə məxsus deyil. Elə futbolçular var ki, ciblərinin pulu ilə alıblar. Nə vaxtsa Azərbaycanı tərk edəndə münasib qiymətə satacaqlar.

Lakin böyük əksəriyyət 4 təkərliləri aylıq icarə əsasında götürür. Hətta bir neçə nəfər ümumiyyətlə sükan arxasında əyləşmir. Taksi xidmətindən yararlanır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək