COP29

Aleksey Kaşuk müqavilə üçün Bakıya gəldi - SON DƏQİQƏ

25 İyun 17:00 Qarabağ 7 720
Aleksey Kaşuk müqavilə üçün Bakıya gəldi - SON DƏQİQƏ

Aleksey Kaşuk yenidən Azərbaycana qayıdıb.

"Sabah"ın sabiq yarımmüdafiəçi bu dəfə "Qarabağ" üçün Bakıya gəlib.

Tərəflər bütün detallarda razılıq əldə edib.

Ukraynalı futbolçu tibbi yoxlanışdan uğurla keçsə, onunla müqavilə imzalanacaq.

"Şaxtyor"a məxsus 23 yaşlı futbolçu 2022-ci ilin martından 2023-cü ilin yayına kimi icarə əsasında “Sabah”da forma geyinib.

Kaşuk “bayquşlar”ın heyətində 41 oyunda 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb

Futbolçu ötən mövsüm “Şaxtyor”un heyətində 12 matçda meydanda olub. Kaşuk bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək