COP29

Bu oyunçunun "Qarabağ"a dönüşü gündəmdədir? - Direktor AÇIQLAMA VERDİ

25 İyun 16:00 Qarabağ 1 431
Bu oyunçunun "Qarabağ"a dönüşü gündəmdədir? - Direktor AÇIQLAMA VERDİ

"Adana Demirspor"dan ayrılan Şahruddin Məhəmmədəliyevin "Qarabağ"a dönüşü gündəmdə deyil.

Bu haqda Sportinfo.az-a Ağdam klubunun direktoru Emrah Çelikel bildirib.

Onun dediyinə görə, Super Liqa təmsilçisi ilə vidadalaşan qapıçının qayıdışı barədə müzakirə aparılmayıb:

"Bu xəbərlər yalnız mətbuatda yayılıb. Məşqçilərlə onun haqda söhbətimiz olmayıb".

2016 - 2023-cü illərdə "Qarabağ"ın formasını geyinən Şahruddin Məhəmmədəliyev 4 gün öncə "Adana Demirspor"la müqaviləsini birtərəfli qaydada ləğv edib.

30 yaşlı qolkiper ötən mövsümdən indiyə kimi sözləşməsinə nöqə qoyulan 4-cü futbolçu olub. Daha əvvəl Yusuf Ərdoğan, Dorukhan Toköz və Mustafa Kapı müqavilələrini birtərəfli qaydada pozmuşdu.

Badou Ndiaye, Younes Belhanda, Yonas Svensson və Kevin Rodriqes isə qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırmışdı.

Şahruddin Məhəmmədəliyev 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. O, klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

2023-cü ilin sentyabr ayında "Qarabağ"dan "Adana Demirspor"a keçən "Şah" təsadüfən buradan ayrılmaq qərarına gəlməyib.

Adana klubunun ona üst-üstə 6 aydan artıq maaş borcu var. Bu azmış kimi, şans qazandığı oyunların bir çoxuna görə bonus almayıb.

Dağıstan kökənli kiper azad agent statusu almaqdan ötrü ona çatacaq pulun əhəmiyyətli hissəsindən imtina edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək