COP29

Avcı "Qarabağ"da işləmiş məşqçini "Trabzonspor"a apardı

25 İyun 01:50 Qarabağ 492
Avcı "Qarabağ"da işləmiş məşqçini "Trabzonspor"a apardı

Bir zamanlar "Qarabağ"da çalışmış Öndər Karavelinin yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Trabzonspor"da çalışacaq.

Bu barədə yerli mətbua məlumat yayıb. O, Super Liqa təmsilçisinin baş məşqçisi Abdullah Avcının köməkçisi olacaq.

Təcrübəli məşqçi son olaraq "Eskişehirspor"a rəhbərlik edib.

Öndər Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək