«Rəşad Sadıqov əla kollektiv formalaşdırıb».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın müdafiəçisi Bədavi Hüseynov deyib.
O, uzun illər Ağdam klubunda çiyin-çiyinə oynadığı, son 4 mövsümdə isə «Zirə»ni çalışdıran Rəşad Sadıqovun gördüyü işləri təqdir edib:
«Finalda onlara qol vurmaqda çətinlik çəkirdik. İlk hissənin sonunda lazım olan qolu vursaq da, “Zirə” hesabı bərabərləşdirdi.
Sona yaxın hətta hesabı 2:2 də edə bilərdilər. Fikrimcə, finala layiq oyun oldu.
Mən Rəşad Sadıqova avrokuboklarda da uğurlar arzulayıram. Əminəm ki, o, məşqçi kimi sözünü hələ çox deyəcək».