COP29

"Bayer"lə cavab matçından sonra "Qarabağ"dan ayrılacaq

2 Mart 01:10 Qarabağ 17 535
"Bayer"lə cavab matçından sonra "Qarabağ"dan ayrılacaq

Rusiya millisinin mart ayında keçirəcəyi təlim-məşq toplanışı üçün genişləndirilmiş heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının yaydığı xəbərdə bildirilib.

İlkin olaraq heyətdə 38 futbolçu yer alıb. Onlardan biri də "Qarabağ"ın qapıçısı Andrey Lunyovdur.

Onunla yanaşı daha üç çərçivə qoruyucusu - Fyodor Çalov (SSKA, Moskva), Aleksandr Sobolev ("Spartak", Moskva) və İvan Sergeyev ("Zenit", Sankt-Peterburq) də toplanışa çağırılıb.

Hazırlıq prosesi martın 14-də başlanacaq. Lunyovun heyətə bir qədər gec - "Bayer"lə Avroliqadakı cavab matçından (14 mart) sonra qoşulacağı gözlənilir.

O, sonuncu dəfə Rusiya millisinin heyətində “Çertanovo” klubu ilə yoldaşlıq oyununda (6:0) çıxış edib.

Hazırlıq prosesi çərçivəsində Rusiya millisi martın 21-də Serbiya, martın 25-də isə Parayqvayla yoxlama oyunu keçirəcək. Hər iki görüş Moskvada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti