COP29

Qurban Qurbanov: “Onun Heydər Əliyevə verdiyi söz motivasiya oldu”

28 Fevral 16:20 Qarabağ 441
Qurban Qurbanov: “Onun Heydər Əliyevə verdiyi söz motivasiya oldu”

“Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözəl mənə “Heydər Əliyevə bu komandanı Avropada tanıdacağıma söz verdim” demişdi.

Bir azərbaycanlı olaraq bu mənim üçün böyük motivasiyadır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Anadolu Agentliyinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis fəaliyyətinə də bu motivasiya ilə başladığını bildirib:

“İlk ilimizdə çempion olmasaq da, Azərbaycan kubokunu əldə etdik. Avropa Liqasında pley-off-a qədər irəlilədik. Bu o vaxt üçün böyük uğur idi”.

Q.Qurbanov komandasını səfər oyunlarında dəstəkləyən türkiyəli azarkeşlərə də təşəkkür edib:

“Biz həqiqətən qardaşıq. Hər zaman bir-birimizin yanında olduq.

Türk xalqına böyük hörmətim və etimadım var. Türkiyəli tərəfdarlar bizi öz komandaları olaraq görürlər. Səfər matçlarında gəlib “Qarabağ”a dəstək verirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?