COP29

"Ola bilsin ki, razılaşmasın, amma məncə..."

25 Fevral 13:35 Qarabağ 912
"Ola bilsin ki, razılaşmasın, amma məncə..."

Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov “Qarabağ”ın qapıçısı Andrey Lunyovun uğurlu çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis qolkiperin “Braqa” ilı görüşdəki performansını dəyərləndirib:

“Braqa” ilə oyundan sonra Andrey Lunyovla danışdıq və onu təbrik etdim. Onlar Azərbaycan üçün böyük iş gördülər:

Avropa Liqasının 1/8 final mərhələsi yerli komanda üçün böyük uğurdur. "Braqa"nı keçmək çox çətin idi, amma "Qarabağ"ın oyunçuları əla oynadılar.

Lunyov seyvləri ilə növbəti mərhələyə adlamaq yolunda “Qarabağ”a böyük töhfə verdi. Mən Andreyi “Ufa”dakı karyerasının əvvəlindən tanıyıram.

Ola bilsin ki, razılaşmasın, amma məncə, bu, onun karyerasının ən yaxşı dövrüdür. Lunyovu digər rusiyalı qapıçılarla müqayisə etmək düzgün olmazdı, çünki biz avrokuboklarda çıxış etmirik.

O, Avropa Liqasının simvolik komandasına daxil edildi ki, bu da yaxşı haldır. Xaricdəki qapıçılarımız arasında Andrey Lunyov ən güclüsüdür".

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi