COP29

"Ağzınızı yumun və tabloya baxın! Baxın, o, “Qarabağ”la harada oynayır"

25 Fevral 00:50 Qarabağ 455
"Ağzınızı yumun və tabloya baxın! Baxın, o, “Qarabağ”la harada oynayır"

"Qarabağ" Avropa Liqası pley-off mərhələsində "Braqa"nı mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına açıqlama verib.

"RB Sport"a danışan agent rus qolkiperlə fəxr etdiyini bildirib:

“Qarabağ” ümumilikdə 70 dəqiqə azlıqda oynadı. Yaxşıdı, əlavə vaxtda qol vurdular.

Oyunun hesabı unuduldu, amma Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir. Hamısı qəhrəmandır, mən heç kimi ayırmaq istəmirəm.

Emosiyalara qərq olmuşam, klubla fəxr edirəm, Andrey ilə fəxr edirəm.

Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. "Lunyov hara gedir, bu necə çempionatdır, necə komandadır" deyənlərin hamısına cavab vermək istəyirəm - ağzınızı yumun və tabloya baxın.

Baxın, Lunyov “Qarabağ”la harada oynayır".

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?