COP29

Azərbaycan klubu "Qalatasaray" və "Fiorentina"nı geridə qoydu

25 Fevral 00:30 Qarabağ 390
Azərbaycan klubu "Qalatasaray" və "Fiorentina"nı geridə qoydu

Avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın klub reytinqində dəyişikliklər olub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” "Braqa"nı keçərək Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsi sayəsində UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb.

İndi aktivində 32.000 xalı olan Ağdam təmsilçisi 60-cı yerdən 56-ci pilləyə yüksəlib.

"Fənərbaxça" və "Seltik"lə ilə eyni yeri bölüşən "Qarabağ" Avropa Liqasında mübarizəni dayandıran "Qalatasaray", eləcə də "Fiorentina"nı geridə qoyub.

Ölkələrin reytinqində isə Azərbaycan yenə 27-ci yerdədir. Ancaq artıq avrokuboklarda təmsilçisi olmayan Bolqarıstandan (19,875) cəmi 0,500 xal geri qalırıq.

Bu da o deməkdir ki, "Qarabağ"ın 1/8 finalda bir qələbəsi Azərbaycanın Bolqarıstanı geridə qoymağına kifayət edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?