Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində iki oyunun cəmində "Braqa"nı üstələyərək (4:2, 2:3) 1/8 finala adlayıb.
Sportinfo.az xəbər verir ki, Bakıda keçirilən dramatik cavab görüşündə Ağdam təmsilçisini 1/8 finala aparan qolu Nəriman Axundzadə vurub.
19 yaşlı hücumçu səfərdəki ilk görüşdə qol şansından yararlana bilməmişdi və buna görə də ağlamışdı. Bu dəfə isə o,120+2-ci dəqiqədə qapını dəqiq nişan alıb.
Final fitindən sonra Nəriman Axundzadə sevincini baş məşqçisi Qurban Qurbanovla bölüşüb. Həmin anların videogörüntüsünü təqdim edirik: