COP29

“Bilet tapsam, stadiona gedəcəm” – Portuqal Bakıda “Braqa”ya azarkeşlik etməyəcək

22 Fevral 21:40 Qarabağ 596
“Bilet tapsam, stadiona gedəcəm” – Portuqal Bakıda “Braqa”ya azarkeşlik etməyəcək

“Bu, iki möhtəşəm komandanın arasında əla oyun olacaq.

Biletim yoxdur, tapsam, stadiona gedəcəyəm”.

“Zirə”nin portuqaliyalı qapıçısı Tyaqo Silva Sportinfo.az-a açıqlamasında “Qarabağ” – “Braqa” qarşılaşmasını Respublika stadionundan izləmək həvəsində olduğunu bildirib.

Ötən həftə Portuqaliyada keçirilən görüşdə təmsilçimiz güclü rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazansa da, arxayınlıq ağdamlılara baha başa gələ bilər.

Cari Premyer Liqa mövsümündə 23 oyunun hamısında meydana çıxan yeganə qapıçı olan portuqaliyalı bu görüşdə “Braqa”ya azarkeşlik etməyəcək. O, maraqlı futbola tamaşa edəcəyinə şübhə etmədiyini deyib:

“Heç birinə azarkeşlik etməyəcəyəm. Çünki ikisi də azarkeşlərə zövq verən futbol oynamağı bacarır.

Ən böyük istəyim qarşılaşmanın dinamik və baxımlı alınmasıdır. Bu matçda maraqlı futbol gözləyirəm.

Həmin gün stadionda möhtəşəm ab-hava yaranacağına şübhə etmirəm. Avrokubok oyunları zamanı Respublika stadionu tam dolur.

Güclü olan qalib gəlsin. Əminəm ki, illər sonra bu görüşü yada salanda xoş xatirələri xatırlayacağam”.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?